"Brentford" klubu heyətinə yeni futbolçu qatıb.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi  "Latsio"dan ayrılan qapıçı Tomas Strakoşanı transfer etdiyini açıqlayıb. 27 yaşlı qolkiperlə 4 illik sözləşmə imzalanıb. 

Qeyd edək ki, Albaniya millisində də çıxış edən kiper 2013-cü ilin yayından Roma klubunda oynayırdı.