"Mançester Yunayted" klubunun futbolçusu Andrea Pereyra "Fulhem"ə transfer edilib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, A.Pereyra ötən mövsüm icarə əsasında Braziliya "Flamenqo"sunda oynayıb.