"Norviç Siti" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sao Paulo"dan 23 yaşlı yarımmüdafiəçi Qabriel Saranı heyətinə qatacaq. Bu transfer reallaşacağı təqdirdə, klub tarixinin ən bahalı ilk keçidi olacaq - 11.5 milyon funt-sterlinq.
Qeyd edək ki, Sara ötən mövsüm komandasının heyətində 15 oyunda 1 qol vurub.