"Arsenal" "Lester"in yarımmüdafiəçisi Yuri Tilemansı transfer etmək istəyir.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi belçikalı futbolçu üçün qarşı tərəfə 35 milyon avro təklif etməyə hazırlaşır. Klubun baş məşqçisi Mikel Arteta Tilemansı komandasında görməkdə maraqlıdır.
Qeyd edək ki, 25 yaşlı oyunçu "Lester"ə 2019-cu ildə "Monako"dan transfer olunub. O, "tülkülər"in heyətində ümumilikdə 145 matçda iş başında olub və 21 qolla yadda qalıb.