İngiltərə millisinin və "Arsenal"ın sabiq üzvü Cek Uilşir karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi bu barədə özü açıqlama verib.
Qeyd edək ki, 30 yaşlı futbolçu karyerası ərzində "Arsenal"dan başqa, "Bolton", "Vest Hem", "Bornmut", son olaraq isə Danimarka "Orxus"unda çıxış edib. Cek Uilşir 2010-2018-ci illərdə oynadığı İngiltərə millisində 34 oyunda 2 qolla yadda qalıb.