"Everton" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az Daily Mail-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Frank Lampard "Mançester Yunayted"dən ayrılan Cessi Linqardı transfer etmək niyyətindədir. Lakin 29 yaşlı yarımmüdafiəçi "Vest Hem"ə keçmək arzusundadır.

Qeyd edək ki, Linqard "qırmızı şeytanlar"ın yetirməsidir.