Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubunun düşərgəsinə qoşulub.
Offsideplus.az xəbər verir ki, “canavarlar”ın sosial media hesabında hücumçu ilə bağlı paylaşım edilib. O, yeni mövsüm üçün hazırlığa start verib.
2019-cu ildə "Vulverhempton"lə müqavilə imzalayan Renat Dadaşov müxtəlif klublara icarəyə verilib. 23 yaşlı hücumçu son mövsümü Portuqaliyanın “Tondela” klubunda keçirib.