"Mançester Siti" klubu yarımmüdafiəçi Rahim Sterlinqə qiymət qoyub.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" 27 yaşlı oyunçu üçün 64 milyon avro istəyir. Futbolçu ilə "Çelsi"nin baş məşqçisi Tomas Tuhel şəxsən maraqlanır.

Qeyd edək ki, Sterlinq ötən mövsüm "Mançester Siti"nin heyətində 47 oyuna çıxıb, 17 qol vurub və 5 qolun ötürməsini verib.