"Mançester Yunayted" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Roma"nın hücumçusu Temmi Abraham üçün hərəkətə keçib. İngiltərəli forvardın "canavarlar"la müqaviləsi 2026-da başa çatır.
Qeyd edək ki, 24 yaşlı hücumçu bu sezon "Roma" formasıyla 52 matçda 26 qol və 5 məhsuldar ötürmə edib.