“Mançester Yunayted” klubu "Brentford"un futbolçusu Kristian Eriksenə təklif göndərib.

Offsideplus.az xəbər verir ki, klub danimarkalı yarımmüdafiçiyə 1+1 illik sözləşmə  təklif edib.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Brentford"da çıxış edir. Oyunçunun klubla müqaviləsi bu ayın sonu başa çatır.