PSJ-nin futbolçusu Mauro İkardi karyerasını İngiltərədə davam etdirəcək.

 Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun meneceri Jorje Mendeş Paris klubundan argentinalı oyunçunun "Vulverhempton"a keçməsində kömək edilməsini xahiş edib.

İkardinin paytaxt təmsilçisi ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Argentina millisinin üzvü 2019-cu ildən PSJ-də çıxış edir. O, bu mövsüm 30 matçda 5 qola imza atıb.