“Çelsi” klubunun hücumçusu Romelu Lukaku A Seriyasına qayıda bilər.
Offsideplus.az xəbər verir ki, “İnter” belçikalı forvardın icarəsi üçün ilk olaraq 5 milyon avro təklif edib. Lakin “zadəganlar" bu təklifi rədd edib.
Lukaku daha əvvəl “İnter”də forma geyinib.
Onun London klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.