"Liverpul" klubunun seneqallı futbolçusu Sadio Mane "Bavariya"ya keçməyə yaxındır.

Offsideplus.az Almaniya mediasına istinadla xəbər verir ki, o, Münhen təmsilçisi ilə razılığa gəlib. Hazırda əsas məsələ klubların transfer məbləğində razılaşmasıdır.

 "Liverpul"un 30 yaşlı oyunçu üçün 40 milyon avro istədiyi bildirilir.