"Liverpul" klubu "Benfika"nın futbolçusu Darvin Nunesi transfer edib.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu ilə 6 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.