"Barselona"nın futbolçusu Frenki de Yonq "Mançester Yunayted"ə keçməyə yaxındır.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Erik ten Haq 25 yaşlı yarımmüdafiəçini razı salıb. Kataloniya klubu bu transfer üçün 80 milyon avro istəsə də, İngiltərə tərəfi bu keçidi 60 milyona həll etməyi planlayır.
Niderlandlı futbolçunun İspaniya nəhəngi ilə sözləşməsi 2026-cı ildə başa çatır.
Qeyd edək ki, De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir.