Yeni mövsümdə iddialı olmağa çalışan "Nyukasl" heyətini gücləndirməyə başlayıb.

 Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "sağsağanlar"  İspaniya millisinin və "Atletiko"nun hücumçusu Alvaro Moratanı transfer edəcək. 29 yaşlı oyunçunun Madrid təmsilçiis ilə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, başa çatan mövsümü icarə əsasında "Yuventus"da keçirən Morata 48 matçda 12 qol və 9 məhsuldar ötürmə edib.