"Mançester Yunayted"in qapıçısı Din Henderson "Nyukasl"a keçməyə yaxındır.

 Offsideplus.az "90 min"ə istiandən xəbər verir ki, 25 yaşlı qolkiper "sağsağanlar"la şəxsi razılıq əldə edib. Bu transferin 20 milyon funt-sterlinqə başa gələcəyi bildirilib. Onun "qırmızı şeytanlar"la hazırkı sözləşməsi 2025-də başa çatır.

Qeyd edək ki, "Mançester Yunayted" yetirməsi olan Henderson bu sezon 5 matçda meydana çıxıb.