"Valensiya"nın gürcüstanlı qapıçısı Giorgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı qolkiperlə "Mançester Yunayted" və "Tottenhem" ciddi şəkildə maraqlanır. Onun İspaniya klubuyla 2024-cü ilədək sözləşməsi var.

Qeyd edək ki, Mamardaşvili 2021-ci ilin yayında "Dinamo"dan ( Tiblisi ) "Valensiya"ya keçib. O, bu sezon 23 matçda La Liqa təmsilçisnin qapısını qoruyub.