"Mançester Yunayted" yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Erik ten Haq rəhbərlikdən "Çelsi" ulduz futbolçusu Meyson Mauntun transferini istəyib. 23 yaşlı yarımmüdafiəçinin London klubu ilə sözləşməsi 2024-də başa çatır. Müqaviləsinin uzadılmasına razı olmayan oyunçunun bu yay "zadəganlar"ı tərk edəcəyi ehtimal edilir.
Qeyd edək ki, "Çelsi" yetirməsi olan Maunt bu sezon 53 matçda 13 qol və 16 məhsuldar ötürmə edib.