Futbol üzrə İngiltərə Çempionşipində pley-off mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, həlledici oyunda “Nottingem Forest” və “Haddersfild” komandaları üz-üzə gəlib. 

Rəqibini 1:0 hesabıyla məğlub edən “Nottingem Forest” növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. 

“Nottingem Forest” 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb.