Rusiyalı biznesmen Roman Abramoviç “Çelsi”ni rəsmən satıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi ABŞ-dan olan Todda Boulinin konsorsiumuna satılıb.

Böyük Britaniya hökuməti ölkədəki aktivləri dondurulan Roman Abramoviçin klubun satışından heç bir fayda görməyəcəyinə dair hüquqi təminat aldıqdan sonra sövdələşməni təsdiqləyib. Müqavilənin dəyəri 4,25 milyard funt sterlinq (təqribən 5 milyard avro) təşkil edir.

Xatırladaq ki, Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən futbol klubunun aktivləri bloklanıb.