"Liverpul"un futbolçusu Sadio Mane komandanı tərk etməyə hazırlaşır.
Offsideplus.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı seneqallı hücumçu "Bavariya"ya keçəcək. Lakin oyunçu son qərarını "Real"la keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək. Afrikalı forvardın "qırmızılar"la sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, Mane 2016-cı ildən "Liverpul" forması geyinir.