Nemanya Matiç "Mançester Yunayted"dən ayrılmağa hazırlaşır.

 Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqaya yenidən yüksələn "Fulhem" 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda israrlıdır. Serbiyalı oyunçu bu yay İngiltərə nəhəngindən ayrılacaq.

Qeyd edək ki, Matiç 2017-ci ildən "qırmızı şeytanlar"da çıxış edir.