Pol Poqba "Mançester Yunayted"dən ayrılır.

Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi sabiq komandası "Yuventus"la anlaşıb. O, azad agent kimi Turin təmsilçisinə keçəcək. Onunla 3 illik sözləşmə imzalanacaq.

Poqba  "qoca sinyora"dan ilik 7.5 milyon avro maaş alacaq.

Qeyd edək ki, Fransa yığmasının üzvü 2016-ci ildən "qırmızı şeytanlar"da çıxış edirdi.