"Mançester Yunayted" "Latsio"nın futbolçusu Segey Milinkoviç-Saviçlə maraqlanır.

 Offsideplus.az xəbər verir ki, jurnalist Fabrizio Romano "CaughtOffside" üçün yazdığı köşə yazısında bu barədə məlumat verib. Mənbəyə görə, "qırmızı şeytanlar"  27 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərməyib. 

Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm 46 matçda 11 qol və 12 məhsuldar ötürmə edib.