"Liverpul" futbolçusu Sadio Mane karyerasını Fransada davam etdirməyə yaxındır.
Offsideplus.az "Sport Bild"ə istinadən xəbər verir ki, PSJ 30 yaşlı seneqallı hücumçunu heyətinə qatacaq. Paris klubu yayda "merisaydlılar"la danışıqlar masasına oturacaq. Afrikalı forvardın İngiltərə nəhəngi ilə sözləşməsi 2023-də başa çatır.
Qeyd edək ki, Mane 2016-cı ildən "Liverpul" forması geyinir.