Dele Alli mövsümün sonu "Everton"dan ayrılacaq.

 Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Mersisayd klubunda qalmaq istəmir. Onun hazırkı müqaviləsi 2024-də başa çatır.

"Everton" Allini satacağı təqdirdə, məbləğin 25 faizini oyunçunun sabiq komandası "Tottenhem"ə verəcək.

Qeyd edək ki, Alli bu ilin yanvarından Liverpul təmsilçisindədir.