"Çelsi" heyətinə yeni futbolçu qatacaq.

Offsideplus.az "The Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" PSV-də çıxış edən fil dişi sahilli yarımmüdafiəçi İbrahim Sanqareni transfer edəcək. 24 yaşlı oyunçunun Eindhoven təmsilçisi ilə sözləşməsi 2025-də başa çatır.

London klubu bu keçid üçün qarşı tərəfə 30 milyon funt-sterlinq verəcək.

Qeyd edək ki, 2020-ci ildən Niderland klubunda çıxış edən Sanqare bu mövsüm 48 matçda 4 qol və 4 məhsuldar ötürmə edib.

GettyImages 1239979396