"Arsenal" "Lester"in futbolçusu Yuri Tilemansla razılaşmağa yaxındır.
Offsideplus.az "The Sun"a istinadən xəbər verir ki, 25 yaşlı belçikalı oyunçu "topçular"la bir şərtlə anlaşacaq. Belə ki, "Arsenal" növbəti mövsüm Çempionlar Liqasında çıxış edə bilməsə, yarımmüdafiəçi London təmsilçisinə keçməyəcək. Onun Premyer Liqa klubu ilə sözləşməsi 2023-də baça çatır.
Qeyd edək ki, Tilemans 2019-cu ildən "Lester"də çıxış edir.