"Mançester Yunayted"in futbolçusu Cessi Linqard mövsümün sonunda "Fulhem"ə keçəcək.
Offsideplus.az xəbər ki, bu barədə jurnalist Rudi Qaletti məlumat verib. Mənbəyə görə, London təmsilçisi yayda komandanı tərk edəcək oyunçu ilə ciddi şəkildə maraqlanır.
Bildirək ki, 29 yaşlı yarımmüdafiəçini "Vest Hem" və "Nyukasl" da heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Linqard bu mövsüm "qırmızı şeytanlar"la 21 matçda 2 qola imza atıb.