"Mançester Siti" futbolçusu Riyad Mahrezi mövsümün sonunda satmaq istəyir.

 Offsideplus.az "Give me Sport"a istinadən xəbər verir ki, "şəhərlilər" yaxşı təklif gələcəyi halda 31 yaşlı mərakeşli hücumçu ilə yolları ayıracaq. Onun Premyer Liqa klubu ilə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Mahrez bu mövsüm 43 matçda 23 qol və 4 məhsuldar ötürmə edib.