"Everton" klubu Türkiyə millisinin futbolçusu Cenk Tosunla yollarını ayırımağa qərar verib.

Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi 31 yaşlı hücumçunun cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Qeyd edək ki, Cenk Tosun 2018-ci ilin yanvarında "Beşiktaş"dan 20 milyon funt sterlinq qarşılığında "Everton"a transfer olunub.