“Tottenhem” klubu Kristian Eriksenin mümkün qayıtması variantını nəzərdən keçirir. 

Offsideplus.az xəbər verir ki, danimarkalı yarımmüdafiəci bu ilin yayında London klubuna qayıtmağa hazırdır. O, 2013-2020-ci illərdə London komandasında çıxış edib. Eriksen hazırda “Brentford”da forma geyinir. 

Bildirək ki, 30 yaşlı futbolçu bu mövsüm 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.