“Liverpul” klubu hücumçusu Sadio Mane ilə yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, “qırmızılar” Maneyə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif edir. Seneqallı hücumçunun hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Mane 2016-cı ildə “Sauthempton”dan 41,2 milyon avroya “Liverpul”a keçib.