"Beşiktaş" klubunun müdafiəçisi Rıdvan Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Lester Siti" komandası maraqlıdır.
"Tülkülər"in 20 yaşlı sol cinah müdafiəçisi üçün "qartallar"a 9,5 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Rıdvan Yılmaz "Beşiktaş"ın öz yetirməsidir. İstanbul klubunun əsas komandasında ümumilikdə 58 oyun keçirən gənc arxa xətt oyunçusu 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.