Futbol üzrə İngiltərə Premyer Liqasında martın ən yaxşı məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Antonio Konte ("Tottenhem"), Yurgen Klopp ("Liverpul"), Tomas Tuhel ("Çelsi"), Brendan Rocersi ("Lester") qabaqlayıb.
Bildirək ki, ispan mütəxəssisin rəhbərliyi altında "Arsenal" martda oynadığı 4 matçın 3-də qalib gəlib, 1-də uduzub.