"Mançester Yunayted" klubunun və Uruqvay millisinin futbolçusu Edinson Kavani sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin 18-ci turunda Çili ilə görüşdə  zədələnib. O, oyuna davam edə bilməyib və 29-cu dəqiqədə meydanı tərk edib. Kavani əvəzləndikdən sonra ayağını tutub. Bildirilir ki, futbolçunun zədəsi ciddidir.

Qeyd edək ki, Uruqvay Çiliyə 2:0 hesabı ilə qalib gəlib.