"Vulverhempton" futbolçusu Ruben Neveşlə müqaviləni uzatmaq istəyir.
Offsideplus.az "90min"ə istinadən xəbər verir ki, "canavarlar" 25 yaşlı portuqaliyalı oyunçunun 2024-cü ildə bitəcək sözləşməsi yeniləmək niyyətinədir.
Adıçəkilən oyunçu ilə "Mançester Yunayted" və "Tottenhem" yaxından maraqlanır.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm 31 matçda 4 qol və 2 məhsuldar ötürmə edib.