"Liverpul" növbəti mövsüm üçün ilk transferini etmək üzrədir.

 Offsideplus.az "The Atletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Şotlandiya "Seltik"inin 16 yaşlı futbolçusu Ben Doakla təmasa keçib. Premyer Liqa klubu yaxın zamanda bu keçidi həll edəcək.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm Qlazqo təmsilçisinin əsas heyətinə 2 matçda meydana çıxıb.