“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes COVİD-19-a yoluxub.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı orta sahə oyunçusundan götürülən analiz nümunəsi müsbət çıxıb. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin Madrid “Atletiko” ilə cavab qarşılaşmasında iştirakı çətin görünür. Bu barədə klubun baş məşqçisi Ralf Ranqnik məlumat verib.
Xatırladaq ki, daha əvvəl qapıçı David de Xeanın testi müsbət çıxmışdı.