"Tottenhem"in baş məşqçisi Antonio Konte komandadakı gələcəyi haqda danışıb.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı italiyalı mütəxəssis mətbuat konfransı zamanı bunları deyib:
"Hazırda klubla sözləşməm var. Artıq 4 aydır buradayam və rəhbərlik mənim necə işlədiyimi gördü. Mövsümün sonuna kimi komandaya xeyir verəcək yolları axtaracağıq. "Tottenhem"də qalmaq istəyirəm. Gələcək üçün mübarizə aparıb, rəqabətçilik yaratmaq arzusundayam".