"Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər.
Offsideplus.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırda 48 yaşlı almaniyalı mütəxəssislə danışıqlar aparır.
Mançester təmsilçisi hazırkı baş məşqçisi Ralf Ranqniki Tuxellə əvəzləmək niyyətindədir.
Qeyd edək ki, "Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç İngiltərədə ciddi sanksiyalara məruz qalıb və onun bu ölkədəki bütün aktivləri dondurulub.
Əlavə edək ki, Tuxel 2021-ci ildən London klubunu çalışdırır. "Çelsi" onun rəhbərliyi altında UEFA Çempionlar Liqası və klublararası dünya çempionatının qalibi olub.