İngiltərənin "Çelsi" klubu çətin vəziyyətə düşüb.

 Offsideplus.az xəbər verir ki, London təmsilçisinin sahibi, rusiyalı iş adamı Roman Abramoviçə tətbiq edilən sanksiyalar ucbatından komanda da çətin duruma düşüb.

Belə ki, "zadəganlar" UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyunları çərçivəsində növbəti həftə "Lill"lə keçiriləcək matç üçün (ilk qarşılaşmada "Çelsi" 2:0 hesabıyla qalib gəlib - red.) Fransaya şəxsi təyyarələri ilə uça bilməyəcək.

Bundan əlavə, londonlular üçün səfər xərcliyi olaraq cəmi 20 min funt-sterlinq pul ayrılıb.

Xatırladaq ki, Roman Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Böyük Britaniyada sanksiyalara məruz qalıb. Onun İngiltərədəki bütün aktivləri dondurulub.