Roman Abramoviç "Çelsi"ni sata bilməyəcək.

 Offsideplus.az xəbər verir ki, buna səbəb Böyük Britaniya hökümətinin 55 yaşlı iş adamına sanksiya qoymasıdır. Belə ki, dövlət "zadəganlar"ın və Abaramoviçin bütün aktivlərini dondurub. Bu barədə yerli mətbuat  məlumat yayıb.

"Çelsi" lisenziya alaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə klubu satmaq qərarına gəlmişdi.