"Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç klubu satmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, funksioner bununüçün bu həftə bir neçə təklif alacaq.
Abramoviçə həftə sonunadək tətbiq oluna biləcək mümkün sanksiyalar müqavilə bağlanmasına mane ola bilər.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Roman Abramoviçin Böyük Britaniyada yaşamasına qadağa qoyulub. İş adamı bu səbəbdən "Çelsi"nin idarəçiliyini London klubunun Xeyriyyə Fonduna təhvil verib.
Əlavə edək ki, Roman Abramoviç Premyer Liqa təmsilçisini 2003-ci ildə satın alıb.