“Liverpul” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin braziliyalı hücumçusu Roberto Firmino zədələnib. 

Komandanın baş məşqçisi Yurgen Klopp Firminoda əzələ zədəsinin olduğunu bildirib.  

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasında 25 oyundan sonra 57 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.