"Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, London təmsilçisi "Barselona"nın 17 yaşlı yarımmüdafiəçisi Qavini sıralarına qatmağa yaxındır. Premyer Liqa klubu onun üçün qarşı tərəfə 50 milyon avroluq təklif yollayıb.
Bugünlərdə "Barselona" ilə yeni müqavilə imzalamaqdan imtina etdiyi yazılan futbolçunun "zadəganlar"ın heyətinə qoşulmaq istəyində olduğu bildirilir.
Qeyd edək ki, adıçəkilən oyunçu ötən il Kataloniya təmsilçisinin B komandasından əsas heyətə gətirilib.