Edinson Kavani "Mançester Yunayted"dən ayrıla bilər.
Offsideplus.az xəbər verir ki,bu barədə jurnalist Fabrizio Romano məlumat verib. Belə ki, 34 yaşlı uruqvaylı hücumçun mövsümün sonu "qırmızı şeytanlar"dan getmək niyyətinin olduğu bildirilib.
Adıçəkilən oyunçunun karyerasını İspaniyada davam etditrmək istəyinin olduğu vurğulanıb.
Qeyd edək ki, 2020-ci ildən Mançester təmsilçisində çıxış edən futbolçu bu mövsüm 15 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.