"Mançester Yunayted"in hücumçusu Antoni Marsial klubdan ayrılmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, bu barədə fransalı ulduzun agenti Filip Lamboley məlumat verib:
"Marsial bütün variantları düşündü və "Mançester Yunayted"dən ayrılmaq istəyir. Buna bir çox səbəb var, amma indi danışmaq tezdir. Transferdən sonra səbəblərini də açıqlayacağıq".
22 yaşlı futbolçu 2015-ci ildə 60 milyon avro qarşılığında "Monako"dan "qırmızı şeytanlar"a transfer olmuşdu.