"Mançester Yunayted" brazilyalı futbolçusu Aleks Tellesə qiymət qoyub.

 Offsideplus.az xəbər verir ki, hər hansısa bir klub 29 yaşlı müdafiəçini transfer etmək istəsə, "qırmızı-şeytanlar"a 13 milyon funt-sterlinq ödəməlidir. Adıçəkilən oyunçunun Premyer Liqa klubuyla hazırkı sözləşməsi 2024-cü ildə baça çatır.

Qeyd edək ki, "sambaçı" 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir.